Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2021 15:36
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalında Münhenqladbax "Borussiya"sına 2:0 hesabı ilə qalib gəldikləri ilk matçı şərh edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, yaxşı oynadıqlarını bildirib: "Oyunu idarə etdik və rəqibə sonda şans verdik. Təəssüf ki, şansların reallaşması ən yaxşı deyildi, xüsusən qapıçı ilə təkbətək qalarkən. Bunu təkmilləşdirilməliyik. Bu turnir mükəmməl olmalı olduğumuz yerdir".
Qvardiola Çempionlar Liqasını qazanmaq üçün favorit olub-olmadıqları ilə bağlı sualı belə cavablandırıb: "Ötən gün "Bavariya"nın "Latsio" ilə matçını izlədikdən sonra Çempionlar Liqasında favorit olduğumuzu düşünmürəm. Ancaq insanlar sizi favorit göstərirsə, bunu qəbul etməlisiniz. Amma komanda tarixində bir dəfə yarımfinala yüksəlib"