Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada koronavirusdan ölənlərin sayı 85 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 85 mini ötüb

Tarix: 26 Fevral 2021 17:40

Rusiyada son sutka ərzində daha 11 086 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 223 186 nəfərə çatıb.

Son sutka ərzində 428 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 85 304 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.


Etiketlər:  Rusiyada koronavirusdan ölənlərin sayı mini ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ