Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2021 18:46
İngiltərənin Ali Məhkəməsi 2015-ci ildə 15 yaşında İŞİD-ə qoşularaq Suriyaya gedən Şamima Begümənin ölkəsinə geri dönməsinə icazə verməyib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, beynəlxalq təhlükəsizliyə problem yaratdığına görə Begüm İngiltərə vətəndaşlığından çıxarılmışdı. İyirmi bir yaşlı qız bu qərarın ləğvi ilə bağlı məhkəmədə özünü müdafiə etmək üçün İngiltərəyə gəlmək istəyirdi.
Ötən ilin iyul ayında Apellyasiya Məhkəməsi Begümün özünü müdafiə etmək hüququndan məhrum edildiyini bildirərək, ölkəyə qayıtmasına icazə vermişdi. Lakin hökumət bu qərara etiraz etmişdi.
Qadın hazırda Suriyanın şimalında ordu tərəfindən nəzarət edilən bir düşərgədə saxlanılır.
Beynəlxalq hüquqa görə şəxs yalnız başqa bir ölkənin vətəndaşlığını qəbul edərsə öz ölkəsinin vətəndaşlığından çıxarıla bilər. Begüm də buna əsaslanaraq, öz ölkəsinin vətəndaşlığından çıxarılmasının qanunsuz olduğunu bildirir. Lakin İngiltərə hökuməti buna cavab olaraq bildirib ki, Begüm Banqladeş vətəndaşlığını qəbul edib. Banqladeş Xarici İşlər Nazirliyi ötən il Begümün Bangladeş vətəndaşı olmadığını elan etmişdi.