Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2021 12:42
"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Avropa Liqasının 1/16 final mərhələsində "Volfsberq"lə cavab oyununda (4:0) qol vuran Qaret Beyl haqqında danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, uelsli hücumçunun hər zamankından daha xoşbəxt olduğunu deyib: "Eyni zamanda qətiyyətli görünür. Məşqlərdə özünə inamın geri döndüyünü görə bilərsiniz, bu hətta təəccüblü şəkildə özünü göstərir.
Bu, çərşənbə günü qolundan aydın oldu. Bu, əmin bir zərbə idi. Qorxusu və ya mənfi hissləri olan bir oyunçu heç vaxt belə bir zərbə endirməz. Bunu etmək üçün yaxşı vəziyyətdə olmalısınız. İndi Qaret gəldiyindən bəri ən yaxşı əhval-ruhiyyədədir.
Əlbəttə ki, biz ona etibar edirik. "Tottenhem"də hər kəs onun üçün ən yaxşısını istəyir"