Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət sektorunda illik İT xərcləri 4,2 faiz artıb

Dövlət sektorunda illik İT xərcləri 4,2 faiz artıb

Tarix: 27 Fevral 2021 22:48

"Gartner" tədqiqat şirkəti 2020-ci ildə dövlət sektorunda informasiya texnologiyaları (İT) üçün qlobal xərclərin 459,4 milyard təşkil etməsini açıqlayıb. Bu, bir il əvvəlin göstəricisindən 4,2 faiz çoxdur.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, ən çox artım tempini proqram təminatının (bura proqramlar, infrastruktur həllər və xüsusiləşmiş məhsullar daxildir) satışları nümayiş etdirib: onların həcmi 108,2 milyard dollara çataraq 8,9 faiz artıb. Dövlət orqanlarının İT xidmətləri üçün xərcləri 4,8 faiz artaraq 160 milyard dollara çatıb. Bu kateqoriya nəzərdən keçirilən bazarda ən böyük kateqoriya olaraq qalır.

Dövlət müəssisələri tərəfindən 2020-ci ilin yekunları üzrə İT avadanlıqlarına təxminən 33 milyard dollar sərf olunub ki, bu da bir il əvvəlki göstəricini 1,6 faiz üstələyir. Data mərkəzləri üçün həllərin alışına 6,7 faiz - 30,3 milyard dollar xərclənib.

Tədqiqata, həmçinin telekommunikasiya xidmətləri daxildir. Ötən il dövlət orqanları onlara 64 milyard dollar xərcləyiblər ki, bu da 2019-cu illə müqayisədə 0,5 faiz azdır.

Ekspertlərin proqnozlarına görə, 2021-ci ildə üç seqment dövlət sektorundakı bütün İT bazarından daha yüksək artım nümayiş etdirəcək. İlk növbədə söhbət bu il 9,2 faiz artaraq 118,1 milyard dollar olacağı gözlənilən proqram təminatının satışlarından gedir.

Tədqiqatda, həmçinin bildirilir ki, dövlət təşkilatları məsafədən iş praktikasını və ictimai servislərdən istifadəni davam etdirəcəklər. Bununla əlaqədar 2021-ci ildə onların texnoloji qurğular üçün xərcləri 5,6 faiz artacaq. 2020-ci ildə bu göstərici 1,6 faiz olub.

Bazardan daha sürətli inkişaf edə biləcək bir seqment kimi analitiklər tərəfindən İT xidmətləri göstərilir. Burada 2021-ci ildə dövlət xərclərinin 5,4 faiz artaraq 168,6 milyard dollara çatacağı gözlənilir. Cari ildə dövlət ehtiyacları üçün informasiya texnologiyaları bazarının həcminin 5,2 faiz artaraq 482,8 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır.


Etiketlər:  Dövlət sektorunda illik xərcləri faiz artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ