Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2021 23:52
"Apple" son 4 ildə ilk dəfə rüb ərzində smartfonların satış həcminə görə "Samsung"u ötüb. Bu haqda "Gartner"in hesabatına istinadən "9to5mac" nəşri məlumat verib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, smartfon bazarının təhlili üzrə ixtisaslaşmış agentliyin məlumatına görə, 2020-ci ilin dördüncü rübündə "Apple"ın satış həcmi illik hesablama üzrə 14,9% artıb. Eyni zamanda ABŞ korporasiyasının əsas rəqiblərindən biri olan "Samsung" şirkətində telefonların tədarük həcmi 11,8% azalıb. 2020-ci ildə "Apple" şirkətinin bazar payı 3,3% artıb, halbuki "Samsung"un satış həcmi 14,6% azalıb.
"Samsung" şirkəti qlobal bazarda güclü rəqabətlə üzləşib. Çin şirkətlərinin ("Xiaomi", "Oppo" və "Vivo") güclü rəqabəti nəticəsində Cənubi Koreya korporasiyasının bazar payı azalıb. Lakin bütün bunlara baxmayaraq Cənubi Koreya şirkəti qlobal smartfon bazarında liderliyini qoruyub saxlaya bilib.