Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcü ekspert: “Qarabağda Azərbaycan xalqına məxsus hər şey məhv edilib”

Gürcü ekspert: “Qarabağda Azərbaycan xalqına məxsus hər şey məhv edilib”

Tarix: 28 Fevral 2021 17:14

Biz dünən Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna səfər etdik, bu gün isə Füzuli rayonunda səfərdəyik. 30 il ərzində Ermənistanın işğalı altında qalmış bu ərazilərdə daş daş üstündə qalmayıb, Azərbaycan xalqına məxsus hər şey məhv edilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Strateji Beynəlxalq Araşdırmalar Fondunun eksperti Aleksandr Klaxadze bildirib.

A. Klaxadze deyib ki, məscidlər, qəbiristanlıqlar da dağıdılıb: "Eyni zamanda işğaldan azad edilmiş ərazilər minalanıb, bu əraziləri minalardan təmizləmək üçün uzun illər zamandır. Biz işğaldan azad edilmiş Cəbrayıl və digər rayonlarda da olacağıq".


Etiketlər:  Gürcü ekspert Qarabağda Azərbaycan xalqına məxsus hər şey məhv edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ