Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp növbəti seçkilərə hazırlaşır

Tramp növbəti seçkilərə hazırlaşır

Tarix: 1 Mart 2021 16:24

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp 2024-cü ildə prezidentliyə namizəd ola biləcəyini bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tramp bu barədə Floridada Respublikaçılar partiyasının konfransında açıqlama verib.

Ağ Evin keçmiş rəhbəri çıxışında ABŞ-ın yeni Prezidenti Co Baydenin ünvanına sərt tənqidlər səsləndirib, eyni zamanda Respublikaçılar partiyasının gələcək planları barədə fikirlərini bölüşüb.

Keçmiş Prezident yeni bir partiya yaratmaq niyyətində olmadığını, bu mövzudakı bütün iddiaların yalan olduğunu deyib.

"Respublikaçılar partiyamız var. Qürurlu, çalışqan və vətənpərvər amerikalılardan ibarət hərəkatımız yeni başlayıb və biz sonunda qalib gələcəyik",- deyə Tramp qeyd edib.

Tramp yenidən prezidentlik uğrunda yarışacağını istisna etməyib və son seçkilərdə demokratlara uduzmadığını, əksinə qalib gəldiyini təkrarlayıb.

"Kim bilir? Bəlkə, onlara üçüncü dəfə qalib gəlməyə qərar verərəm",- deyə keçmiş Prezident bildirib.

Tramp ayrıca konqres (2022-ci ilin dekabrı - red.) və prezident seçkilərinə gedən yolda partiyada fəal rol oynayacağını və növbəti seçkiləri qazanmaq üçün partiya ilə sıx çalışacağını qeyd edib.

Milli.Az


Etiketlər:  Tramp növbəti seçkilərə hazırlaşır


RƏYLƏR