Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2021 00:52
"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Barselona"nı çalışdıra bilər.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "El Barça bir RAC1" məlumat yayıb. Kataloniya klubunun martın 7-də keçiriləcək prezident seçkilərində Xuan Laporta qalib gələrsə, o, baş məşqçi vəzifəsində dəyişiklik edəcək. Laporta Ronald Kumanı istefaya göndərib, onun əvəzinə Artetanı gətirməyi planlaşdırır.
Qeyd edək ki, yanvarın 24-də keçirilməli olan prezident seçkiləri koronavirus pandemiyasının geniş yayılmasına görə martın 7-dək təxirə salınmışdı.