Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Vüqar Zamanovun şərəfli döyüş yolu... VİDEO

Şəhid Vüqar Zamanovun şərəfli döyüş yolu... VİDEO

Tarix: 2 Mart 2021 12:48

Ən böyük arzusu Şuşanı işğaldan azad etmək idi. Şuşa uğrunda döyüşlərdə də şəhid oldu...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Füzulinin Horadiz şəhərindən olan 25 yaşlı şəhid Vüqar Zamanovdan gedir.

Vüqar orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Sonra isə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılıb.

Kəşfiyyatçı olan Vüqar Zamanov Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavəndin işğaldan azad edilməsində qəhrəmanlıq göstərib. Noyabrın 5-də Daşaltıda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Vüqarın valideynlərinin sözlərinə görə, müharibədən sonra övladlarına toy etmək niyyətləri olub.

Vüqar Zamanov döyüşlərdə göstərdiyi şücaətlərə görə 4 medalla təltif edilib.

Milli.Az


Etiketlər:  Şəhid Vüqar Zamanovun şərəfli döyüş yolu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ