Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Füzuli rayonunda ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı - VİDEO - FOTO

Füzuli rayonunda ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı -  VİDEO - FOTO

Tarix: 3 Mart 2021 15:22

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbaut Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə müntəzəm reydlər aparır, əvvəllər düşmən ordusunun səngərlərinə və saxlanc yeri kimi istifadə etdikləri qazmalara müntəzəm baxış keçirirlər.

Növbəti belə tədbirlər zamanı erməni hərbçilərin ataraq qaçdığı 2 "İQLA-S" zenit-raket kompleksi, 4 avtomat, 7 müxtəlif növ qumbaralar, 1 "Karbonit" silahı, 1 tank əleyhinə qumbaraatan, 19 mindən çox müxtəlif çaplı patronlar, 144 müxtəlif növ mərmi və avtomat daraqları aşkar edilərək götürülüb.

Milli.Az


Etiketlər:  Füzuli rayonunda ermənilərin atıb qaçdığı 2 zenit raket kompleksi aşkarlandı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ