Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2021 14:14
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 133 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 271 872, ölənlərin sayı isə 3 553 nəfərə çatıb. Virusa yoluxanlardan 266 081 nəfərin sağaldığı bildirilir.