Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2021 16:20
"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer mart ayında oyunçuların milli komandalara getməsinə icazə verməyəcəyini söyləyib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə norveçli mütəxəssis goal.com-a açıqlamasında deyib
"Hələ bu məsələ ilə məşğul olmamışıq, amma karantin tətbiq olunacağına görə bir futbolçunu 10 gün itirməyin mənası yoxdur. Futbolçulara pul veririk və FİFA təlimatlarına görə onları buraxa bilmərik. Düşünürəm ki, futbolçuları buraxıb, "qırmızı siyahı"dakı ölkələrdə oynamalarına icazə vermək çətin olacaq. Məsələn, fasilədən sonra "Brayton" və "Tottenhem"lə matçlarda Brunu Fernandeşə ümid bəsləyirəm, üstəlik Avropa Liqasının 1/4 final mərhələsinə yüksələ bilərik. Buna görə onu buraxmaq istəməzdim".
Qeyd edək ki, B.Fernandeş Portuqaliya millisinin üzvüdür. Komanda DÇ-2022-cinin seçmə mərhələsinin ilk turunda martın 24-ü Azərbaycanla qarşılaşacaq.