Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Binəqədidə yataqxanada baş verən yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

Binəqədidə yataqxanada baş verən yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

Tarix: 5 Mart 2021 09:42

09:40

Bakı şəhərinin Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, binanın damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

---------

07:22

Milli.Az bildirir ki, Bakının Binəqədi rayonunda yanğın başlayıb.

Əraziyə yanğından mühafizə bölmələri cəlb edilib.

Bəxtiyar Umarlı
Milli.Az


Etiketlər:  Binəqədidə yataqxanada baş verən yanğın söndürüldü YENİLƏNİB VİDEO


RƏYLƏR