Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cüdoçumuz festivalın bürünc medalına sahib olub

Cüdoçumuz festivalın bürünc medalına sahib olub

Tarix: 24 Iyul 2019 18:16

Bakı. Trend:

XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının birinci günündə Azərbaycan idmançısı Gülşən Bəşirova (44 kq) ölkəmizin aktivinə bürünc medal yazdırıb.

Trend-in məlumatına görə, təmsilçimiz bürünc medal uğrunda görüşdə hollandiyalı Yoslin Supusepi ipponla məğlub edib.

Xatırladaq ki, G.Bəşirova səkkizdəbir finalda ispaniyalı Mariya Qonzalesi 2:1 hesabı ilə məğlub etsə də, dörddəbir finalda rusiyalı Anastasiya Balabana ipponla məğlub olub. Təsəlliverici görüşə qatılan idmançımız polşalı Natalia Stoklosa ipponla qalib gəlib.

Bu çəki dərəcəsində digər bürünc medala rumıniyalı Anne Brebinarunu məğlub edən rusiyalı Marina Vorobyova layiq görülüb.

Finalda isə türkiyəli Merve Azak rusiyalı Anastasiya Balaban üzərində qələbə qazanaraq XV Avropa Gənclər Olimpiya Festivalının çempionu olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Cüdoçumuz festivalın bürünc medalına sahib olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ