Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu səviyyəni qorumalıyıq''

''Bu səviyyəni qorumalıyıq''

Tarix: 6 Mart 2021 14:56

Qarşıda bizi çox matç gözləyir. "Qəbələ" ilə görüşdə sərgilədiyimiz oyun xoşuma gəldi. Fikrimcə, komandamız qələbəyə layiq idi.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç klubun rəsmi saytına açıqlamasında Premyer Liqanın 18-ci turunda evdə "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib.

30 yaşlı xorvatiyalı yarımmüdafiəçi Premyer Liqanın növbəti turları barədə bunları söyləyib:

"Çalışmalıyıq ki, yüksələn xəttlə gedək və bu səviyyəni qoruyaq. Ümid edirəm ki, belə də olacaq. Qollarıma gəlincə, çox sevinirəm. Zədədən sonra ilk dəfə start heyətdə yer aldım. İki qol vurmağım məni sevindir və əsas odur ki, bu, komandamıza qələbə qazandırdı. Özümü xoşbəxt hiss edirəm. "Qəbələ" ilə oyun artıq geridə qalıb. Bu matçı unudub, növbəti oyunlara köklənməliyik".

Qeyd edək ki, "Qarabağ" 19-cu turda səfərdə "Zirə" ilə üz-üzə gələcək. Noyabrın 9-da keçiriləcək matç saat 17:15-də başlayacaq.


Etiketlər:  səviyyəni qorumalıyıq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR