Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Martda koronaya yoluxma sayı kəskin artacaq'' - Həkim - VİDEO

''Martda koronaya yoluxma sayı kəskin artacaq'' - Həkim - VİDEO

Tarix: 6 Mart 2021 18:22

Mart ayında koronavirusa yoluxma sayında getdikcə artım müşahidə olunacaq.

Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə müsahibəsində həkim Rauf Qasımov deyib. 
O bildirib ki, artıq xəstəxanalar aktiv xəstə sayında da artım var:

"Koronavirusa gündəlik yoluxma halları martın əvvəlində 300 nəfəri ötdü. Artıq bu rəqəm 400 nəfərə yaxınlaşır. Hesab edirəm ki, qarşıdakı günlərdə bu göstərici 400-ü də keçəcək və həftəbəhəftə bu sayda artım olacaq. 
Xəstəxanalarda da koronavirusa yoluxan aktiv xəstə sayı fevralda 1900 civarında idi, bugünkü göstəricilərdə isə bu rəqəm 3000 nəfəri ötüb. Bu isə o deməkdir ki, aktiv xəstə sayı son günlər təxminən 1000 nəfərdən çox artıb. Bu rəqəm də tədricən artacaq. Çünki mart-aprel aylarında fəsilin dəyişməsi ilə əlaqədar insanların qidalanmasındakı dəyişikliklər, immun sisteminin zəifləməsi bakterial və virus xəstəliklərdə artım müşahidə edilməsinə səbəb olur. Pandemiyada da bu artım qeydə alınacaq. Buna görə bu aylarda daha diqqətli olmalıyıq".


Etiketlər:  Martda koronaya yoluxma sayı kəskin artacaq Həkim VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ