Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürək problemlərinə işarə edən 8 VACİB SİMPTOM

Ürək problemlərinə işarə edən  8 VACİB SİMPTOM

Tarix: 6 Mart 2021 19:57

Bütün dünya ölkələrində ölümün əsas səbəbi ürək-damar sistemi xəstəlikləridir. Ürək xəstəlikləri anidən inkişaf etmir. Onlar uzun müddət ərzində asta-asta, bir çox hallarda gizli şəkildə inkişaf edir və çox ağır nəticələrə səbəb olur.

Sonxeber.net saglamolun.com-a istinadən bildirir ki, ürək xəstəliklərinin müəyyən simptomları var ki, onları bilmək çox vacibdir:

1. Sol qolda və ya hər iki qolda və dirsəkdə "səbəbsiz" ağrılar

2. Öskürək

Öskürəyin səbəbi tək tənəffüs sistemi xəstəlikləri deyil, ürək xəstəlikləri də ola bilər. Müalicəyə baxmayaraq öskürək keçmir, təngənəfəsliklə müşayiət olunursa, mütləq kardioloqa müraciət edin.

3. Ayaq və pəncələrin şişməsi

Ürəyin fəaliyyəti zəifləyəndə qan dövranı, xüsusilə aşağı ətraflarda pozulur, durğunluq yaranır, qan damarlardan ətarfda olan toxumalara "sızır". Bu səbəbdən ayaqlar şişməyə başlayır.

4. İşatahanın pozulması, ürəkbulanması, qarın ağrıları

Bu simptomlar həzm sistemi xəstəliklərinə xas olsa da, ürək xəstəlikləri zamanı da meydana çıxa bilər.

5. Narahatçılıq, səbəbsiz ölüm qorxusu

6. Başgicələnməsi və bayılma

Bu simptomlar digər pozulmalarla da bağlı ola bilər. Lakin ilk növbədə ürək-damar sistemi yoxlanılmalıdır.

7. Dərinin ağarması, göyümtül olması

Bu ürəyin pis işləməsinə işarə edə bilər.

8. Yuxunun pis olması, yuxusuzluq, gecə tez-tez oyanmaq

Ürək xəstəlikləri olan insanların əksəriyyətində gecə pis yatır və səbəbsiz olaraq tez-tez oyanır.


Etiketlər:  Ürək problemlərinə işarə edən VACİB SİMPTOM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ