Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2021 11:04
"Qəbələ" klubundakı 7 illik çıxışı ilə tanıdığımız Elnar Kərimov ticarətə başlayıb.
Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə 35 yaşlı sabiq qapıçı özü məlumat verib.
20 ilini futbola verən Kərimov, şəxsi feysbuk hesabında şəkillər paylaşaraq, meyvə-tərəvəz satışı ilə məşğul olduğunu bildirib.
Sabiq qolkiper, "20 il futbol oyna, sonra da ticarətçi ol. Allah yaxşıqəlbli insanlardan razı olsun" sözlərini yazıb.
Qeyd edək ki, Mingəçevirdən olan Elnar Kərimov "Energetik", "Ədliyyə Bakı", "Xəzər Lənkəran" və "Qəbələ" klublarında forma geyinib.
Türkiyənin aşağı liqalarında da çıxış etdikdən sonra "Qəbələ"də qapıçılar üzrə məşqçi kimi işləyib.