Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2021 17:30
ARB TV-nin "Həmin Zaur" verilişinin növbəti qonağı xalqa artisti Aygün Kazımova olub.
Sonxeber.net xəbər verir ki, müğənni keçirdiyi ölümcül əməliyyatdan danışıb:
"Dünyaca məşhur plastik əməliyyat edən həkimin yanına, Türkiyəyə getdim. Çətin bir əməliyyata qərar verdik. Elə oldu ki, razılaşdıq, əməliyyat günü təyin olundu və mən əməliyyata getdim. Əməliyyat uzun çəkdi, bitəndən sonra çıxdım və 1 həftə sonra evə yazdılar. Və hər şey o zaman başladı.... Özümü pis hiss etməyə başladım və qanaxmam oldu. Yeriyə bilmirdim. Məni o xəstəxanaya apardılar və həkimim məni görən kimi yenidən əməliyyata aldı. Ard-arda bir neçə dəfə əməliyyat olundum. Elə bir haldaydım ki... Düşündüm ki, daha vətənimə geri dönməyəcəm, qızımı görə bilməyəcəm... Özlüyümdə artıq hər kəslə vidalaşmışdım, amma heç kimə bu haqda söyləmirdim.
Orada da hamı əlini məndən üzmüşdü. Çox ağır günlər keçirdim. 20-25 gün xəstəxanada qaldım. Bədən şəkilləndirmə əməliyyatı idi. Sonra bir möcüzə oldu və mən Bakıya gəldim. 1 ilə yaxın ev şəraitində qaldım. Yeriyə, hərəkət edə bilmirdim... Həmin anlarda şou-biznesdə olan insanlar artıq məni basdırmışdılar. Düşündülər ki, artıq Aygün yoxdur"...
Xalq artisti keçirdiyi o çətin günlərin fotosunu ilk dəfə "Həmin Zaur" proqramında nümayiş etdirib.
Sözügedən görüntüləri təqdim edirik: