Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İngiltərədə futbolun səviyyəsi çox yüksəkdir" - Ozan Kabak

Tarix: 9 Mart 2021 17:58

"Liverpul"un yeni transferi  Ozan Kabak ingilis futboluna uyğunlaşmaqdan danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Şalke"dən "mersisaydlılar"a keçən 20 yaşlı müdafiəçi deyib:

"İngiltərədə futbolun səviyyəsi çox yüksəkdir. Almaniyada da  hər şey pis deyil. Ancaq
Premyer Liqada intensivlik üçün tələblər daha yüksəkdir. Tiaqo, Firmino və Şaqiri İngiltərəyə Almaniyadan gəlib. Onların məsləhətlərini nəzərə alıram və matçlarda, məşqlərdə hər şeyi etməyə çalışıram. Qışda yeni bir komandaya qoşulmaq, yeni tərəfdaşlara, ölkəyə və dilə alışmaq həmişə çətindir. Bu, bir sınaqdır. Amma ən qısa zamanda alışmağa çalışıram".

Qeyd edək ki, Kabak yanvar ayından icarə əsasında "Liverpul"da çıxış edir. O, Mersisayd klubunda 5 matç keçirib.

Milli.Az


Etiketlər:  İngiltərədə futbolun səviyyəsi çox yüksəkdir Ozan Kabak


RƏYLƏR