Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaxın iki ildə dünyada neft qıtlığı yaşanacaq - PROQNOZ

Yaxın iki ildə dünyada neft qıtlığı yaşanacaq - PROQNOZ

Tarix: 10 Mart 2021 12:24

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2021-2022-ci illərdə neft və digər maye karbohidrogenlər bazarında tələbin təklifi üstələyəcəyini gözləyir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, 2021-ci ildə neft bazarında gündəlik təklifin 97,1 mln. barel (öncəki proqnoz - 97,29 mln. barel), tələbin isə 97,5 mln. barel (öncəki proqnoz - 97,67 mln. barel) səviyyəsində olacağı proqnozlaşdırılır. Beləliklə, EIA bu il neft bazarında 400 min barel həcmində defisitin qeydə alınacağını proqnozlaşdırır.

Bununla yanaşı, qurum 2022-ci ildə neft bazarında təklifin 101,2 mln. barel  (öncə ki proqnoz - 100,77 mln. barel), tələbatın isə 101,33 mln. barel  (öncə ki proqnoz - 101,17 mln. barel təşkil edəcəyini gözləyir.

Beləliklə, EIA gələn il neft bazarında 130 min barel həcmində defisitin qeydə alınacağını proqnozlaşdırır.


Etiketlər:  Yaxın ildə dünyada neft qıtlığı yaşanacaq PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ