Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“WhatsApp” messencerində yazışmaların ehtiyat nüsxəsi şifrlənəcək

“WhatsApp” messencerində yazışmaların ehtiyat nüsxəsi şifrlənəcək

Tarix: 10 Mart 2021 16:15

“Facebook” sosial şəbəkəsinə məxsus olan “WhatsApp” messencerində bulud xidmətində saxlanılan yazışmaların ehtiyat nüsxəsinin şifrlənməsi planlaşdırılır. Bu barədə “WABetainfo” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən yazır ki, "bulud arxivinə icazəsiz girişin qarşısını almaq üçün gələcək ehtiyat nüsxələrin şifrlənməsində istifadə olunacaq parol təyin etmək mümkün olacaq. Mesajları arxivdən bərpa etmək istədikdə həmin şifri daxil etmək lazım gələcək" – məlumatda deyilir. Həmçinin bildirilib ki, “WhatsApp” unudulmuş şifrin bərpasında istifadəçiyə kömək edə bilməyəcək.

 

Emil Hüseynov




Etiketlər:  WhatsApp messencerində yazışmaların ehtiyat nüsxəsi şifrlənəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ