Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suvarma problemi aradan qaldırılır - VİDEO

Suvarma problemi aradan qaldırılır - VİDEO

Tarix: 11 Mart 2021 12:40

60 subartezian quyusunun əksəriyyəti fermerlərin ixtiyarına verilib

Milli.Az Real TV-ə istinadən bildirir ki, əhalisinin böyük əksəriyyəti əkinçilik və maldarlıq ilə məşğul olan Goranboy rayonunda suvarmada problemlər olmasın deyə cənab prezident İlham Əliyevin tapşırığı əsasında ötən il 60 yeni subartezian quyuları qazılıb. Onlardan 52-si artıq fermerlərin ixtiyarına verilib. 4 quyu keçmiş təmas bölgəsində olan kəndlərdə yerləşdiyi üçün işlər biraz yubansa da hazırda qazma işləri davam etdirilir. Daha 4 quyuda isə son tamamlama işləri aparılır.



Fermerlər uzun müddət yaranmış problemin aradan qaldırılması üçün cənab prezidentin tapşırığı əsasında yeni işə salınmış subartezian quyuların hesabına problemin aradan qalxmasından çox razı olduqlarını bildirirlər.

Qeyd edək ki, 2020-ci ildə Goranboy rayonu üzrə suvarılan 37 500 hektar sahənin 32 500-ü subartezian quyularından çıxarılan su ilə, 500-ü isə nasos stansiyalarının vasitəsi ilə ötürülən su ilə suvarılıb. Suvarılan sahələrin 2 796 hektarı pambıq sahəsi olub ki, ondan da 9 723 ton məhsul əldə edilib. Taxıl sahəsi üzrə isə suvarılan sahə 21 430 hektar ərazini əhatə edib. Burda məhsuldarlıq 67 700 ton taxıl olub.

Ötən il subartezian quyuları və nasos stansiyası üzrə 156 min kilovatt-saat elektrik enerjisi sərf olunub və 34 milyon kub su çıxarılıb. Təmir olunan nasos sayı 638-dir, məhsuldarlığını itirmiş 10 quyu isə bərpa olunub.

Bu il 2 ədəd aqreqatın əsaslı təmiri, 895 ədəd subartezian quyusuna tələb olunan ehtiyat hissələrinin alınması, 8 ədəd məhsuldarlığını itirmiş quyularda yeni lülə qazıntıları ilə yanaşı elektrik təsərrüfatının yenilənməsi, həmçinin quyu başlıqlarının betonlanması və ətrafın çəpərə alınması üzrə tender elan olunub.

Milli.Az


Etiketlər:  Suvarma problemi aradan qaldırılır VİDEO


RƏYLƏR