Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2021 15:50
"Oyuna diqqətlə hazırlaşmışdıq. Premyer Liqadakı uğursuzluqları yaddan çıxarıb, fərqli bir şey sınamalı idim. Futbolçular özlərindən razı idilər. Bu gün müdafiədə əla iş gördük, yaxşı oynadıq".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 finalında "Leyptsiq"ə 2:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib.
"Çoxlu qol epizodu yaratdıq. "Leyptsiq"in futbolçuları əsl canavarlardır. Onlarla hər iki oyunda da yaxşı müdafiə olunduq, qol buraxmadıq. Futbolçular bu gecə əylənərək oynadılar. Bazar ertəsi günü də bu matç kimi oynasaq, fərq yaradarıq.
Həqiqətən hamı yaxşı çıxış etdi. Yarımmüdafiəçi və hücumçular yaxşı işlədi. Diogo Jota bacardığı qədər oynadı. Və əvəzinə gələnlər də bacarıqlarını nümayiş etdirdilər" - deyə o bildirib.
Alman mütəxəssis Çempionlar Liqasını qazanmaq üçün oynadıqlarını vurğulayıb: "Çempionlar Liqasında oynamağımızın tək səbəbi turnirin qalibi olmaqdır. Bu matçda göstərdiyimiz performans çox önəmli idi. Bu gecəyə görə xoşbəxtəm".