Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Rusiyadan 300 min doza “Sputnik V” vaksini alacaq

Azərbaycan Rusiyadan 300 min doza “Sputnik V” vaksini alacaq

Tarix: 11 Mart 2021 16:02

Baş nazir Əli Əsədov Dərman vasitəsinin idxalı barədə sərəncam verib.

Sonxeber.net xəbər verir ki, sərəncama əsasən, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə immunizasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının 2.1-ci bəndinə uyğun olaraq:

- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının "HUMAN VACCINE" MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə əsasən 300 000 (üç yüz min) doza "Sputnik V" dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçiriləcək.

- Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələlərin həllini təmin edəcək.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Etiketlər:  Azərbaycan Rusiyadan doza Sputnik vaksini alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ