Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2021 18:26
Türkiyənin məşhur aktyoru Hakan Yılmazla xanımı Elif Yılmaza oteldə hücum edən şəxslər barədə hökm oxunub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə prosesinə H. Yılmaz və xanımı qatılmayıb.
Hakim şübhəli Denizhan Vurala yaralama və təhqirə görə 1 il 6 ay həbs, Erdal Gökçeyə isə 5 min TL pul cəzası verib. Digər şübhəli isə bəraət alıb.
Qeyd edək ki, hadisə 2017-ci ildə İstanbulda baş verib. Dostları ilə əyləndikdən sonra otelə getmək istəyən cütlüyə 3 nəfər hücum edib.
Dava zamanı H. Yılmaz döyülüb, E. Yılmazın başına küt alətlə vurulub. Cütlük polisə gedərək həmin şəxslərdən şikayətçi olub.