Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Microsoft”un səhvi qlobal kiberfəlakətə səbəb ola bilər

“Microsoft”un səhvi qlobal kiberfəlakətə səbəb ola bilər

Tarix: 11 Mart 2021 20:16

"Microsoft" şirkətinin proqram təminatındakı qüsurlar səbəbindən dünya üzrə 60 mindən çox şirkətin məlumatlar bazasına kiberhücumlar qeydə alınıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, kiberhücumlar başlıca olaraq kiçik və orta sahibkarlıq subyektlərinə qarşı həyata keçirilib.

Kibertəhlükəsizlik üzrə ixtisaslaşan "Huntress" şirkətindən bildirilib ki, hakerlər bankların, elektrik enerjisi paylayıcılarının, qocalar evlərinin və dondurma şirkətinin kompüter sistemlərinə daxil olmağa cəhd göstəriblər. Onlara bu imkanı verən isə "Microsoft" proqram təminatındakı "zəif yerlər" olub.

Qeyd edək ki, artıq "Microsoft" şirkəti də öz xətasını etiraf edib.

Kiberhücumlarda Rusiya və Çin hakerləri şübhəli bilinir.

Ekspertlər yaxın zamanlarda proqram təminatındakı xətaların aradan qaldırılmayacağı təqdirdə, onların kiberfəlakətə yol aça biləcəyini qeyd ediblər.


Etiketlər:  Microsoftun səhvi qlobal kiberfəlakətə səbəb bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ