Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

PlayStation 5-in satışları yüksəlməyə davam edir

PlayStation 5-in satışları yüksəlməyə davam edir

Tarix: 11 Mart 2021 22:12

Sony PlayStation 5-in satışları rəqib Xbox Series X-in satışlarını xeyli üstələyib. Yaponiyada PS5-in ümumi satışları 400 mini keçib. Yeniliyin ölkədə satılmağa başlamasından 17 həftə ötüb və həftəlik PS5 satışları 33 min civarındadır. Bu rəqəm ardıcıl üçüncü həftə üçün artım tendensiyasını göstərir.

Qeyd edək ki, Yaponiyada PS4 satışları təxminən PS5-lərə bərabərdir. Nintendo Switch də yaxşı satılır. Ancaq Microsoft geri qalır. Yeni Xbox Series X / S, keçən həftə Yaponiyada yalnız 1487 ədəd satıldı. Yəni Sony PS5-in satışları Xbox Series X / S-dən 22 dəfə çoxdur.

Milli.Az


Etiketlər:  PlayStation 5 in satışları yüksəlməyə davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ