Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2021 11:54
Balakən sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Şambul kənd sakini Rafael Saramanovdan müvafiq sənədləri olmayan, qanunsuz olaraq saxladığı "İJ" markalı ov tüfəngi və həmin tüfəngə aid patronlar aşkar edilərək götürülüb.
R.Saramanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilib.