Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Media qurumlarının rəhbərləri Ağdama yola düşüblər

Media qurumlarının rəhbərləri Ağdama yola düşüblər

Tarix: 13 Mart 2021 09:14

Media qurumlarının, qeyri-hökumət təşkilatlarının rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad edilən Ağdam şəhərinə yola düşüblər.

Sonxeber.net xəbər verir ki, səfər proqramına Ağdam şəhərinin girişində 1991-ci ildə fevralın 21-də partladılmış avtovağzal, Ağdam 50 nömrəli texniki peşə məktəbi, xəstəxanalar kompleksi, Ağdam pasajı və bazarı, çay evi, Cümə məscidi, Mərkəzi meydan (Dram teatrı, icra hakimiyyətinin binası və s.), Qarabağ xanlarının abidələr kompleksi və İmarət qəbiristanlığı, Ağdamın "Qarabağ" futbol klubunun "İmarət" stadionu, Çörək muzeyi, 1941-1945 abidəsi, I Şəhidlər xiyabanı, Qarağacı qəbristanlığı və Şahbulaq qalası ilə tanışlıq daxildir.

Səfər çərçivəsində Bərdə şəhərində Tərtərçay üzərində su kaskadı ilə də tanışlıq olacaq.


Etiketlər:  Media qurumlarının rəhbərləri Ağdama yola düşüblər


RƏYLƏR