Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2021 12:34
Əfqanıstanda terror aktı olub.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Herat vilayətində partlayıcı quraşdırılmış avtomobil polis bölməsinin binasına çırpılıb.
Herat valisi Səid Vahid Katali mətbuata açıqlamasında bildirib ki, hadisə nəticəsində 8 nəfər ölüb, 53 nəfər yaralanıb.
Partlayışın şiddəti ilə ətraf ərazilərdəki evlərə ciddi ziyan dəyib.
Hücumun məsuliyyətini hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib. Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen isə Talibanı ittiham edib.
Digər tərəfdən, ölkədə illərdir davam edən müharibəni sonlandırmaq məqsədilə Əfqanıstan hökuməti ilə Taliban arasında aparılan müzakirələrin ikinci mərhələsi Qətərin paytaxtı Dohada davam edir.