Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsanlığa sığmayan düşmən əməli - VİDEO

İnsanlığa sığmayan düşmən əməli - VİDEO

Tarix: 13 Mart 2021 19:20

Hacı Şahin: "Ermənilərin bu vəhşiliyi xristianlığa da ziddir"

Bütün dinlər insanların inancına, onların adət-ənənələrinə, mənəvi dəyərlərinə hörmətlə yanaşmağı tövsiyə edir. Ermənilərin etdiyi bu vəhşiliklər xristian dininin mahiyyətinə də ziddir.

Sonxeber.net bildirir ki, Bunu Real TV-yə açıqlamasında Məşədi Dadaş Məscidinin axundu Hacı Şahin Həsənli ermənilərin Laçın rayonunun Piçənis kəndində yaşadıqları zaman azərbaycanlılara məxsus olan qəbir daşlarından evlərində pilləkən kimi istifadə olunması haqqında yayılan görüntü haqqında fikir bildirərkən deyib.

Din xadimi qeyd edib ki, ermənilərin Bakının mərkəzində yerləşən kilsələri dövlət səviyyəsində qorunub saxlanılır. Hətta oradakı kitabxana toxulmaz qalıb.

İlahiyyatçının sözlərinə görə, Azərbaycanlı kimi heç zaman kimlərəsə qarşı vandalizm aktı törətməmişik. Əksinə Azərbaycanda yaşayan bütün din təmsilçiləri buranı özünə vətən hesab edir. Lakin Ermənistan həm monoetnik, həm dinlərə qarşı savaş açmış, həm də qonşu xalqın bütün mədəniyyətini məhv etməyə çalışan bir dövlətdir.


Etiketlər:  İnsanlığa sığmayan düşmən əməli VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ