Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2025 13:04
"Neftçi" klubu Azərbaycan futbolunda böyük rezonans doğuracaq transferə imza atıb. Paytaxt təmsilçisi Kamerun millisinin və tanınmış hücumçu Vensan Abubakarı heyətinə cəlb edib.
Sonxeber.net xəbər verir ki, təcrübəli forvard "ağ-qaralar"la razılığa gələrək illik təxminən 500 min dollar (təqribən 850 min manat) gəlir əldə edəcək.
Məlumata görə, klub rəhbərliyi büdcə imkanlarına uyğun şərtlər təqdim edib və Abubakarın cavabını gözləyib. Afrikalı hücumçu isə təklifi dəyərləndirərək ölkəmizdə çıxış etməyə qərar verib.
Transferdən öncə Vensan Abubakar "Neftçi"nin baza və infrastruktur imkanları, həmçinin klubun gələcək hədəfləri ilə yaxından maraqlanıb. Bütün bunlarla tanış olduqdan sonra futbolçu Bakıda karyerasını davam etdirməyə razılıq verib.