Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiya paytaxtı üzərində yanan asteroid parçası müşahidə edilib

Yaponiya paytaxtı üzərində yanan asteroid parçası müşahidə edilib

Tarix: 14 Mart 2021 19:28

Martın 14-nə keçən gecə Yaponiya paytaxtının sakinləri şəhər üzərində odlu şar müşahidə ediblər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu odlu şar Tokio da daxil olmaqla Kanto regionunun səmasında gecə saat 3-dən sonra müşahidə edilib.

NHK telekanalının paytaxtın Şincuku rayonunda yerləşən kameralarında ekranın sağında yuxarı hissədə meydana gələn odlu şar aşağı sol küncə doğru hərəkət edib.

NHK telekanalının Tokionun Çyuo rayonunda yerləşən kameraları da buna bənzər kadrları qeydə alıb.

Mütəxəssislərin qənaətinə görə, yerli sakinlər yerin atmosferinə daxil olarkən yanan asteroid parçasını müşahidə ediblər.


Etiketlər:  Yaponiya paytaxtı üzərində yanan asteroid parçası müşahidə edilib


RƏYLƏR