Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vilayət Quliyevin vəfat edən qızının “TEDx” çıxışının VİDEOsu...

Vilayət Quliyevin vəfat edən qızının “TEDx” çıxışının VİDEOsu...

Tarix: 15 Mart 2021 13:32

Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin qızı Humay Quliyevanın gənc yaşda vəfat etməsi onu tanıyanları və ölkə ictimaiyyətini məyus edib.

H.Quliyeva illərlə sosial-ictimai həyatda aktiv fəaliyyət göstərib, bir çox beynəlxalq layihələrə qatılıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, H.Quliyeva əvvəllər Mərkəzi Bankda və BP kimi kommersiya şirkətlərində işləsə də, həyatının son illərini humanitar təşkilatlarda ictimai fəaliyyətə həsr edib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı kimi dünyada müharibələrin və münaqişələrin baş verdiyi ölkələrdə mülki əhaliyə yardımlar etmək üçün çalışıb. 2015-ci ildə Ukraynada humanitar missiyanın ilk nümayəndələrindən olub. Daha sonra Mərkəzi Afrika ölkəsində təşkilatın əməkdaşı kimi fəaliyyət göstərib.

H.Quliyeva paytaxtda 20 nömrəli məktəbdə və Bakı Avropa Liseyində orta təhsilini alıb. 2001-2005- ci illərdə Bilkənt Universitetində iqtisadiyyat üzrə təhsilini davam etdirib. Daha sonra Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb. Dünya Bankındakı fəaliyyətindən sonra Bakıda Mərkəzi Bankın əməkdaşı olub. İngilis, fransız, ispan, rus, türk dillərini bilib.

H.Quliyevanın 2013-cü ildə "TEDx" platformasında "Cəsarətin vacibliyi" mövzusunda etdiyi çıxışın videosunu təqdim edirik: 

Bundan başqa, H.Quliyeva "Əkinçi" layihəsinin də qonağı olmuş, sosial missiyası haqda danışmışdı:

"2016-cı ilin "Aprel döyüşləri"ndə Mərkəzi Afrika Respublikasında idim və sözün əsl mənasında ürəyim partlayırdı. Bu qədər xəbərlər, sosial mediada yayılan söhbətlər, mənim üçün çox ağır bir vaxt idi. Mən doğrudan da həmin vaxt burada olmaq, Azərbaycandakı missiyamızda çalışmaq istəyərdim. Amma təəssüf ki, neytrallıq və qərəzsizlik məsələsinə görə, mən Azərbaycan vətəndaşı olduğum üçün Azərbaycanda işləməyim qeyri-mümkündür".

Milli.Az


Etiketlər:  Vilayət Quliyevin vəfat edən qızının TEDx çıxışının VİDEOsu


RƏYLƏR