Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəngəzur dəhlizi inkişafa keçiddir - VİDEO

Zəngəzur dəhlizi inkişafa keçiddir - VİDEO

Tarix: 15 Mart 2021 13:51

Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan MR-sı arasında nəqliyyat əlaqəsinə zəmanət verir.

Milli.Az Real TV-ə istinadən bildirir ki, bu şərtlər Azərbaycanın qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsindən sonra imzalanan bəyanatın 9-cu bəndində əksini tapıb.

Söhbət Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında dəmir yolunun və nəqliyyat əlaqəsini yaradan Zəngəzur dəhlizindən gedir. Bu dəhliz Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacaq.

11 yanvar 2021-ci ildə imzalanan sənəddə də hədəf nəqliyyat kommunikasiyasının yaradılması və iqtisadi layihələrin həyata keçirilməsidir.

Bu, bütövlükdə tarixi İpək yolunun cəlbediciliyinin artmasına xidmət edəcək. Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan tərəfi əks-mövqe nümayiş etdirsə də, Azərbaycanın buna qarşı təsir rıçaqları kifayət qədərdir.

Qarabağın işğaldan azad olması ilə regionda yeni geosiyasi kanfiqurasiya formalaşır. Bu da təbii ki, həm iqtisadi, həm siyasi baxımdan Azərbaycana və region ölkələrə dividentlər qazandıracaq.

Milli.Az


Etiketlər:  Zəngəzur dəhlizi inkişafa keçiddir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ