Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ülvi Mehdiyev Türkiyədə müalicə olunan qazilərimizi ziyarət edib - FOTO

Ülvi Mehdiyev Türkiyədə müalicə olunan qazilərimizi ziyarət edib - FOTO

Tarix: 15 Mart 2021 15:34

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində "YAŞAT" Fondu tərəfindən Türkiyəyə müalicə üçün göndərilən, ağır yaralanan qazilərimizi ziyarət edib.

Agentlikdən Milli.Az-a bildirilib ki, ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq 24 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə gerçəkləşib. Onlardan 4-ünün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qazilərimizlə söhbət zamanı bildirib ki, hər birimiz Qələbəni bizə yaşatdıqları üçün onlara minnətdarıq və "YAŞAT" Fondu onların müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Milli.Az


Etiketlər:  Ülvi Mehdiyev Türkiyədə müalicə olunan qazilərimizi ziyarət edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ