Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2021 20:56
ABŞ və Çin arasında münasibətlərin gərginliyinin artması ilə əlaqədar olaraq "Facebook" şirkəti Kaliforniya və Honkonq arasında Sakit okeanın dibi ilə kabelin çəkilməsi fikrindən daşınıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Facebook" nümayəndəsinin sözlərinə görə, ABŞ hökumətinin ABŞ və Honkonq arasında birbaşa rabitə kanalları ilə bağlı narahatlığının davam etməsi ilə əlaqədar olaraq ABŞ-ın Federal Rabitə Komissiyasına (FCC) edilən müraciət geri götürülüb. "Biz sistemin konfiqurasiyasını ABŞ hökumətinin maraqlarına uyğun dəyişmək üçün bütün tərəflərlə əməkdaşlığa ümid edirik", - nümayəndə bildirib.
"Facebook" 2018-ci ildə bir neçə telekommunikasiya şirkəti ilə birlikdə sualtı kabelin çəkilişinə icazə üçün komissiyaya müraciət edib. Kaliforniyada yerləşən iki obyekti Honkonq və Tayvan ilə birləşdirəcək kabel vasitəsilə zəif yubanma ilə daha böyük tutumlu məlumatların ötürülməsi mümkün olacaqdı.
Əvvəlcə "Pacific Light Cable Network" adlı layihə ABŞ, Tayvan, Honkonq və Filippin arasında sualtı optik-lif kabel magistralının çəkilişi üçün nəzərdə tutulmuşdu. Lakin Honkonq üzərində nəzarəti sərtləşdirən Çinlə münasibətlərin gərginləşməsinin artması səbəbindən ABŞ Ədliyyə Nazirliyi ötən ilin iyununda Transsakit okean kabelini Honkonqdan yan keçərək çəkməyi tövsiyə edib. ABŞ hökuməti nümayəndələrinin fikrincə, enmə stansiyasının Honkonqda yerləşməsi Pekinə amerikalılar barədə məlumatlar toplamağa imkan verə bilər.