Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2021 21:30
Təravətləndirici pəhriz:
Bu pəhrizi tərəvəz mövsümündə, ay ərzində həftədə 2 dəfə saxlamaq məsləhət görülür.
Səhər yeməyi: 1 stəkan qatıq və ya 1 çay qaşığı bal qatılmış 1 stəkan ilıq su.
İkinci səhər yeməyi (saat 10.00):1 stəkan meyvə şirəsi və ya çiy meyvə və ya tərəvəzlər
Nahar: təzə tərəvəzlərdən yaşıl salat ( göy soğan, sarımsaq, qırmızı turp, xiyar, cəfəri, şüyüd, ispanaq, kələm və s.) və 1 stəkan meyvə şirəsi.
Şam yeməyi: 1 xörək qaşığı yulaf yarması (qerkules) sıyığı. Süfrəyə verməzdən əvvəl 1 xörək qaşığı bal, yarım stəkan şirə və ya 1 limonun suyu əlavə edilir, yaxşıca qarışdırılır, 200 qrama yaxın alma və ya başqa meyvələr sürtgıcdən keçirilir, yulaf sıyığının üzərinə qoyulur.Üzərinə 1 xörək qaşığı xırdalanmış qoz, badam və ya yerfındığı səpilir.
Qarın nahiyəsindəki piylərin əridilməsi üçün pəhriz.
Məqsəd-qarnın hamar, qarın əzələlərinin möhkəm olmasıdır.
1. Rasiondan duz çıxarılır və qarnı kökəldən məhsulların qəbulu məhdudlaşdırılır: ağ çörək, biskvit və pirojnalar.
2. Müntəzəm və az-az qidalanmağa çalışmaq lazımdır. Qida rasionunda kifayət qədər portağal, limon şirəsi, salat olmalıdır. Qəhvə azaldılır və daha çox su içilir.
Səhər yeməyi (təklif olunan variantlardan biri seçilir)
a) 1 stəkan diyetik yoqurt, 1portağal
b) 1 ədəd ilıq bişirilmiş yumurta, 2 dilim qurudulmuş çörək
Nahar: 250 qr dərisiz toyuq və ya balıq əti, iri porsiya qarışıq tərəvəz salatı
Şam yeməyi: 1 bifşteks, 75 qr qaynadılmış lobya, 1 potağal
Nahar və şam yeməklərinin yerini dəyişmək olar.
Qəlyanaltı (gündə 2 dəfə): bir şokoladlı baton, 1 boşqab yağsız şorba.
Məşğələ: Stulda əyləşərək, kürək düz saxlanılır, dizlər aralanır, pəncələr döşəməyə sıxılır. Əllər önə doğru uzadılır, çənə aşağı əyilir, nəfəsi verərək, qarın əzələləri sıxılır və döşəməyə doğru əyilir. Nəfəsi alıb-verərək ilkin vəziyyətə qayıtmaq lazımdır. Hərəkət 5 dəfə təkrar edilir və tədricən artırılır.