Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 08:03
Hər gün dərinizə ayıracağınız qısa bir zaman kəsiyi dərinizin sağlam və parlaq olmasına səbəb ola bilər. Siz də belə dəriyə sahib olmaq istəyirsinizsə o zaman aşağıda yazılanlara əməl etməlisiniz. Bunu sizə Acıbadem Atakent Xəstəxanası Dəri Xəstəlikləri Uzmanı Doktor Selda Yıldırım tövsiyə edir.
1. Dərinizi gündə 2 dəfə təmizləyin
Səhər və axşam dərinin təmizliyinə ayırdığınız bir-neçə dəqiqə dərinizin təbii və parlaq görüntüyə sahib olmasına səbəb olacaq. Dərinizdə gecə boyu yığılıb qalmış yağlar, səhərdən axşama kimi dəriyə qonan ətrafdakı toz və kir təmizləndikdə dəri rahat nəfəs alacaq və dəri parlaq görüntüyə sahib olacaq. Dərisinə krem və digər makiyaj sürtən adamların isə üzünü ilıq su ilə yumaları məsləhət bilinir.
2. Nəmləndiricidən istifadə edin
Küləkli hava dərinin quruluğunu artırır. Bu zaman nəmləndirici krem dərinin üstündə qoruyucu bir təbəqə rolu oynayacaqdır. Nəmləndirici krem dərini küləkdən, çatlamalardan, qabıq vermədən qoruyur. Ancaq hər dəriyə uyğun olan nəmləndirici seçilməlidir. Çünki, yağlılığı çox olan dəriyə nəmləndirici krem sürtmək dərini daha da yağlı edərək sızanaqların sayını artıra bilər.
3. Dəri və su
Oranizminizdə digər orqanlar kimi dərinizin də suya ehtiyacı böyükdür. Bu səbəbdən də gün ərzində 8-10 stəkan su içilməlidir.
4. Yaşlanmanı azaltmaq
Orqanizminizdəki yaşlanmanın sürətini azaltmaq üçün gündəlik qidalanmanıza diqqət yetirin.Düzgün qidalanma seçimi dərinizin də yaşlanmasının qarşısını alacaq.
5. Yuxu rejimi
Düzənli yuxu insanın dərisinə öz gözəl təsirini göstərir. Gün ərzində ən azı 8 saat rahat yuxulamanın dəriyə müsbət təsiri böyükdür. Normal yuxu zamanı hüceyrələrdə olan sərbəst radikalların sayı azalaraq orqanizmin bərpa reaksiyalarının bsş verməsini təmin edir.Bu da dərini elastikliyini artırır, dəridə əmələ gələn qırışların əmələgəlmə sürətini zəiflədir.