Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 09:06
Onlayn şahmat üzrə Çempionlar turunun 4-cü mərhələsi davam edir.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, dairəvi sistemlə keçirilən ilk mərhələyə son 5 turun qarşılaşmaları ilə yekun vurulub.
Yarışın 3-cü günündən sonra 1/4 finala yüksələn 8 şahmatçı bəlli olub. Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da mərhələdəki son 5 oyununu keçirib. Şahmatçılarımız öz aralarında da münasibətlərini ayırd edib. XIII turun görüşündə qalib müəyyənləşməyib.
Teymur və Şəhriyar hərəsi günü 2,5 xalla tamamlayıb. Yekunda Rəcəbov 7 xal toplayıbsa, Məmmədyarov 6,5 xalla kifayətlənib. Bu, onların "səkkizlik"dən kənar qalması və 4-cü mərhələ ilə vidalaşması ilə yekunlaşıb.
15 mart
XI tur
Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya) - 0:1
David Anton (İspaniya) - Teymur Rəcəbov - 0:1
XII tur
Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov - 0:1
Teymur Rəcəbov - Nils Qrandelius (İsveç) - 0,5:0,5
XIII tur
Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov - 0,5:0,5
XIV tur
Alan Pişo (Argentina) - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Teymur Rəcəbov - Yan Nepomnyaşi (Rusiya) - 0,5:0,5
XV tur
Şəhriyar Məmmədyarov - Uesli So (ABŞ) - 0,5:0,5
Sergey Karyakin (Rusiya) - Teymur Rəcəbov - 0:1
1-ci mərhələnin turnir cədvəli: 1. Maqnus Karlsen (Norveç) - 10,5 xal, 2. Aniş Giri (Niderland) - 10, 3. Uesli So (ABŞ) - 9,5, ...11. Teymur Rəcəbov (Azərbaycan) - 7, 12. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 6,5