Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 10:02
Dünyada son bir gündə koronavirusa 391 mindən çox yoluxma qeydə alınıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 391 231 hal qeydə alınıb, "COVID-19"dan 7 110 pasiyent ölüb. Beləliklə, dünyada "COVID-19"a yoluxma hallarının ümumi sayı 119 603 761, ölüm hallarının sayı 2 649 722 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 29 115 662 nəfər virusa yoluxub. Daha sonra Hindistan Braziliya (11 439 558), Hindistan (11 385 339), Rusiya (4 400 045), Böyük Britaniya (4 258 442), Fransa (4 002 129), İtaliya (3 223 142), İspaniya (3 183 704), Türkiyə (2 879 390), Almaniya (2 575 849), Kolumbiya (2 299 082) və Argentina (2 195 722) gəlir.