Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yükdaşıma xidmətinin işçiləri aylardır ki, maaş ala bilmirlər - VİDEO

Yükdaşıma xidmətinin işçiləri aylardır ki, maaş ala bilmirlər - VİDEO

Tarix: 16 Mart 2021 13:58

188 yükdaşıma xidmətinin işçiləri aylardır ki, əməkhaqqı almadıqlarını, üstəlik, işdən çıxarıldıqlarını deyirlər.

Sürücülərin sözlərinə görə, onlar 2-3 aydır ki, maaş ala bilmirlər. Maaşı tələb edən zaman isə şirkət onlarla bağlanan müqavilələrə xitam verib və hamını işdən çıxarıb. Beləliklə, onlar həm işlərindən olub, həm də çalışdıqları ayların əməkhaqlarını ala bilmirlər.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, belə sürücülərin sayı 15-dən çoxdur. Onlar deyirlər ki, 188 yükdaşıma xidmətinə İsmixan Mustafayev adlı şəxs rəhbərlik edir. Onları həmin şəxs işə götürüb. İşə götürülən zaman əməkhaqlarının vaxtı-vaxtında ödənməsi ilə bağlı onlara söz verib. İndi isə həmin şəxs ortalıqda yoxdur.

Çəkiliş apardığımızı bildikdə bizi xidmətin dayanacağına buraxmadılar.

Daha sonra şirkətin Binəqədi rayonunda yerləşən ofisinə getdik. Orada isə bizə rəhbərliyin ofisdə olmadığı və məsələdən ümumiyyətlə xəbərsiz olduqlarını dedilər.

İndi şikayətçilərin istəyi aidiyyəti qurumların bu məsələyə reaksiya verməsi və onların əməkhaqlarının ödənməsinin təmin edilməsidir.

Məsələ ilə bağlı hüquqşünaslar bildirirlər ki, zərərçəkmişlər həm məhkəməyə, həm də Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilərlər.


Etiketlər:  Yükdaşıma xidmətinin işçiləri aylardır maaş bilmirlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ