Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 17:10
Kataloniya klubunun baş məşqçisi La Liqanın 27-ci turunda "Hueska" ilə oyununda dubl edən və qol ötürməsi ilə yadda qalan Lionel Messi barədə yüksək fikirdə olduğunu bildirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Ronald Kumanın müsahibəsi məşhur "Marca" nəşrində dərc edilib.
57 yaşlı mütəxəssis bildirib ki, L.Messi növbəti dəfə dünyanın ən yaxşısı olduğunu göstərdi:
"İlk qol inanılmaz idi. O, bu komandada qazandığı vacib rola layiqdir. Messi uzun illərdi bu səviyyəni qoruyub saxlayır. Leo "Barselona"nın tarixində ən vacib insandır. Şanslıyıq ki, o hələ də bizimlədir".