Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya çempionatının iki ildən bir keçirilməsini təklif etdi

Dünya çempionatının iki ildən bir keçirilməsini təklif etdi

Tarix: 17 Mart 2021 10:18

"Arsenal"ın sabiq baş məşqçisi və hazırda FİFA-nın futbol inkişafı departamentinin rəhbəri olan Arsen Venger futbol təqviminin yenidən nəzərdən keçirilməsini istəyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, dünya çempionatının iki ildən bir keçirilməsini təklif edib:

"Milli komanda oyunçularının orta yaşı 27-28 yaş arasındadır. Hazırkı şəraitdə, dünya çempionatı dörd ildən bir təşkil edildikdə, həmin oyunçuların kuboku yenidən qazanmaq şansları çox azdır. Çünki bu futbolçular növbəti turnirə 32-33 yaşlarında gələcəklər. Düşünürəm ki, dünya çempionatını iki ildən bir keçirməliyik. Yalnız mənalı yarışlar keçirmək və kiçik turnirləri ləğv etmək lazımdır.

Daxili çempionatlara gəldikdə, təqvimi yenidən nəzərdən keçirməliyik. Fikrimcə, mövsüm mart ayında başlayıb, noyabrda bitməlidir. Bütün bunları müzakirə edəcəyik".

Milli.Az


Etiketlər:  Dünya çempionatının ildən keçirilməsini təklif etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ