Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qusarda Novruz adətləri - VİDEO

Qusarda Novruz adətləri - VİDEO

Tarix: 17 Mart 2021 11:46

Ləzgilər ilaxır çərşənbəni qədim adət-ənənəyə uyğun qeyd edirlər

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, novruzun son - torpaq çərşənbəsi Qusarın Hil kəndində bu gün də qədim adət-ənənələrə uyğun şəkildə qeyd olunur.

İlaxır çərşənbə adətlərinə səhər saatlarında qız və gəlinlərin bulaqdan su gətirilməsi ilə başlanılır. Bu da onların fikrincə, il boyu bolluq və aydınlıq olacağı mənasına gəlir.

Uzun illərin inancına əsasən sonuncu çərşənbədə kəndin qız və gəlinləri bulaqdan su götürər. Bu isə o anlama gəlir ki, həmin il ruzili və bərəkətli keçəcək.

Torpaq çərşənbəsinin adətlərindən biri də bağ sahələrinə qulluqla bağlıdı. Belə ki, kədin cavanları tərəfindən ağaclara qulluq olunur, budaqları və zoğları kəsilir.

Qədim adət ənənyə uyğun olaraq qadınlar tərəfindən çərşənbə günü ev-eşik səhmana salınır, yun əyrilir, xalça toxunur.

İlaxır çərşənbə günündə Novruzun ənənəvi tonqalı qalanır. Uzaqdan görünən tüstü baharın qapının astanasında olmasından xəbər verir. Kənd sakinləri tonqal ətrafına yığılır, mahnılar oxuyur, rəqs edirlər.

Çərşənbə adətlərindən biri də tonqal ətrafında rəqs edilməsidi. Gördüyüz kimi Qusarda yaşayan ləzgilər tonqal ətrafında rəqs edərək Novruzun gəlişini qeyd edirlər.

Ənənəyə görə, çərşənbə günü ocağın başına toplaşan hər kəs 3 dəfə odun üzərindən atlanır. Bunu icra etməklə ötən ildən qalan ağrı acının odda yanmasına inanılır


Etiketlər:  Qusarda Novruz adətləri VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ