Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyevə sülhpərvər deyən erməni aktyoru linç etdilər

İlham Əliyevə sülhpərvər deyən erməni aktyoru linç etdilər

Tarix: 17 Mart 2021 15:42

Ermənistanın tanınmış aktyoru Hovhannes Azoyanın Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın feysbuk hesabına yazdığı şərh ölkəsində müzakirələrə səbəb olub. O, Prezident İlham Əliyevin Qarabağda lentə alınan görüntülərinə ingilis dilində "İlham Əliyevin simasında sülhü görürəm, dünyada sülh olsun, yenidən müharibə başlamasın",- deyə rəy yazıb.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarı kimi bilinən Azoyanın bu addımından sonra ona qarşı linç kampaniyası başladılıb. Ölkənin ictimai simaları, humanitar və siyasi təşkilatlar onu satqınlıqda ittiham edib, sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid-təhqirlərə məruz qalıb. Daha sonra aktyor yazdığı şərhi silmək məcburiyyətində qalıb. 

Məsələ erməni mediasında da geniş işıqlandırılıb və Hovhannes əleyhinə məqalələr dərc edilib. 

H.Azoyan ona qarşı aparılan kampaniyanın son qoyulması barədə feysbukda post paylaşıb. Aktyor sülhün tərəfdarı olduğunu qeyd edib:

"Qoy mənə qarşı hər kəsin nifrəti, kin-küdurəti bitsin. Ürəyimdə sülh hökm sürür". 

Onun sözügedən postuna iki minə yaxın təhdid dolu şərhlər yazılıb. 


Etiketlər:  İlham Əliyevə sülhpərvər deyən erməni aktyoru linç etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ