Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2021 23:21
116 ölkədə aparılan araşdırmaya görə, koronavirus keçirmiş insanlara ən azı 7 həftə əməliyyat etmək olmaz.
Sonxeber.net xəbər verir ki, türkiyəli həkim Sezai Leventoğlu əməliyyat edilən xəstələrdə ölüm riski 0-2-ci həftədə 4, 3-4-cü həftədə 4, 5-6-cı həftədə isə 3.6 faiz artır. Amma koronavirus diaqnozu qoyulandan sonra 7-8-ci həftədə bu rəqəm 1.5 faizdir. İngilis mütəxəssislərin araşdırmasına görə, koronavirusa yoluxduqdan sonra 0-6 həftədə xəstənin əməliyyat sonrası ölüm riski 2.5 dəfə artır.
Birmingham Universitetinin 25 mindən çox cərrahı Avstraliya, Brazilya, Çin, Hindistan, Ərəb əmirlikləri və ABŞ daxil olmaqla 116 ölkədəki 1 674 xəstəxanada 140 min 727 xəstənin məlumatları əsasında araşdırma aparıblar. Nəticələrə görə, koronavirus infeksiyasından 0-6 həftə sonra əməliyyat edilən xəstələrdə ölüm riskinin yüksəlir.
Araşdırmada həmçinin qeyd edilir ki, koronavirus testi pozitiv çıxdıqdan sonra ən azı 7 həftə əməliyyat olunmaq olmaz. Əgər simptomlar davam edirsə düzələnə qədər gözləməlisiniz. /medicina.az