Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2021 10:51
ABŞ Federal Məhkəməsi Çinin aparıcı smartfon istehsalçısı "Xiaomi" ilə əməkdaşlıq üçün qadağanın qüvvədə olmasını dayandırıb.
"ICTnews" Elektron Xəbər Xidməti "Computerworld" resursuna istinadən yazır ki, bir müddət əvvəl ABŞ Müdafiə Nazirliyi "Xiaomi" və daha bir neçə Çin şirkətini "qara siyahı"ya daxil edib. ABŞ hakimiyyəti nümayəndələrinin fikrincə, siyahıda yer alan istehsalçılar Çinin hərbi-sənaye kompleksi və xüsusi xidmət orqanları tərəfindən idarə olunur və ya onlarla əməkdaşlıq edirlər. Bu səbəbdən şirkətlərlə əməkdaşlıq milli təhlükəsizlik üçün təhdid törədir. Sanksiyalar ABŞ vətəndaşları və şirkətləri tərəfindən istənilən maliyyə əməliyyatının həyata keçirilməsi üçün qadağanı nəzərdə tutub.
Çin şirkəti ABŞ məhkəməsinə müraciət edərək "qara siyahı"ya daxil edilmənin qeyri-konstitusion olduğunu, ABŞ hakimiyyətinin isə "Xiaomi" şirkətinin xüsusi xidmət orqanları ilə əlaqəsinin olması barədə sübutlar təqdim etməməsini bildirib.
İddiaya baxan dairə məhkəməsi belə qərara gəlib ki, ABŞ Müdafiə Nazirliyinin "Xiaomi" şirkətinin ölkənin milli maraqlarını təhdid etməsi ilə bağlı gəldiyi qənaət əsassız olub.
Nizam Nuriyev